"Tədqiqat və təkmilləşdirməyə (R&D) lazımi diqqət yetirməsi sayəsində Çin qlobal laboratoriyaya çevrilib və onun nailiyyətləri haqqında öyrənmək üçün aparıcı dövlətlərdən mütəxəssisləri cəlb edib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ekspertlərə istinadən "Financial Times (FT)" yazıb.
Volkswagen Qrupunun Baş Texnologiya Direktoru Markus Hafkemeyerin sözlərinə görə, alman şirkətinə Çində avtonom avtomobil texnologiyalarından birini hazırlamaq, sınaqdan keçirmək və kommersiya baxımından tətbiq etmək təxminən 18 ay çəkib. Bu nailiyyət, əsasən, Çin proqram mühəndislərindən ibarət 700 nəfərlik komanda tərəfindən mümkün olub.
Hafkemeyerin təxmininə görə, Almaniyada oxşar bir fəaliyyətin həyata keçirilməsi, dörd il yarıma qədər vaxt aparacaqdı: "Son 10 il ərzində bu ölkə (Almaniya - red.) üçüncü pillədən beşinci pilləyə keçib və tam sürətlə geriləyir. Davamlı xəbərlərlə qarşılaşırıq ki, çinlilər Avropa bazarını ucuz avtomobillərlə doldurur. Çinə gedin və bu ucuz avtomobillərə özünüz baxın: onlar texnologiya ilə doludur və keyfiyyəti sadəcə əladır".
İsveç yük maşını istehsalçısı Scania-nın rəhbəri Sonja Ederstålın sözlərinə görə, Çində innovasiya şərtləri Qərbdəkindən "tamamilə fərqlidir". Şirkət İsveç, ABŞ və digər ölkələrdə avtonom idarəetməni tətbiq etməyə cəhd edib. Ancaq bu, yalnız Çində uğurlu oldu: "Bir il ərzində onlar proqram təminatını avtomobilə inteqrasiya etməyə və onu bu rejimdə tam işlək vəziyyətə gətirməyə nail olublar".
Nəşr yazır: "Çinin tədqiqat və inkişaf imkanları ona Qərblə rəqabət aparmağa və bəlkə də onu ötməyə imkan verir". Çinin uğuru ona gələcək qlobal enerji və nəqliyyat təchizat zəncirlərində üstünlük təşkil etməyə imkan verəcək.
FT-yə görə, Çində dövlət Ar-Ge xərcləri 2015-ci ildən bəri ABŞ-ni üstələyib. Korporativ tədqiqat institutlarının sayı təxminən üç dəfə artaraq 150.000-i ötüb, korporativ R&D işçilərinin sayı isə təxminən iki dəfə artaraq 5 milyona çatıb.
Aynur Babazadə
Bakı 



