• Bakı 14° C

    15.79 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Putinin Ukraynada əsas məqsədi Belarus kimi... - Seleznev

DÜNYA

29 Oktyabr 2025 | 22:18

Putinin Ukraynada əsas məqsədi Belarus kimi... - Seleznev

Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibə apararkən qarşıya qoyduğu əsas məqsəd Kiyevdə ali hərbi və siyasi rəhbərliyi əvəz etmək və bununla da Belarusa bənzər dövlət yaratmaqdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu hərbi analitik və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznev “Oboz.ua”ya müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiyada yalan mədəniyyəti bütün institutlara nüfuz edib və bu, Kremlin geosiyasi və strateji qərar qəbul etməsinə təsir göstərir. Nümunə kimi ekspert Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Pokrovsk yaxınlığında “Ukrayna Müdafiə Qüvvələrinin beş minlik bir qrupunun mühasirəyə alındığı” barədə bəyanatını misal çəkib. Seleznev deyir ki, bu hekayənin yerdəki reallıqlarla heç bir əlaqəsi yoxdur.


SON XƏBƏRLƏR

29 Oktyabr 2025