Rusiya Prezidenti Vladimir Putin və Macarıstan Baş naziri Viktor Orban arasında görüş başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya lideri ilə Macarıstan Baş nazirinin Kremldə danışıqları təxminən dörd saat davam edib.
***13:50
Macarıstanın Baş naziri Viktor Orban Rusiya paytaxtına səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, onun təyyarəsi Vnukovo hava limanına enib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov daha əvvəl TASS-a Rusiya prezidenti Vladimir Putinin noyabrın 28-də Moskvada Macarıstanın Baş naziri ilə görüşəcəyini təsdiqləyib.
Orban daha əvvəl Putinlə enerji təchizatı və Ukrayna münaqişəsinin həllini müzakirə etməyi planlaşdırdığını açıqlamışdı.
***
11:21
Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Moskvada Macarıstanın Baş naziri Viktor Orbanla görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında deyib.
"Bəli, biz bu məlumatı təsdiq edə bilərik", - Kreml sözçüsü bildirib.
Orban daha əvvəl Putinlə enerji təchizatı və Ukrayna münaqişəsinin həllini müzakirə etməyi planlaşdırdığını açıqlamışdı.
Kremlin saytında verilən məlumata görə, Putin Rusiya prezidenti kimi Orbanla 12 dəfə görüşüb. Xüsusi hərbi əməliyyat başlayandan bəri Putin və Orban iki dəfə görüşüb və üç dəfə telefonla danışıblar.
***
10:47
Macarıstanın Baş naziri Viktor Orban Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə enerji təchizatı və Ukraynadakı münaqişənin həllini müzakirə etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Orban özü Budapeştin Ferenc Liszt Beynəlxalq Hava Limanından yola düşməzdən əvvəl macar jurnalistlərə açıqlama verib.
O, Putinlə görüşün günün birinci yarısına planlaşdırıldığını qeyd edib: "Bu gün biz Rusiya prezidenti ilə danışacağıq".
Orban qeyd edib ki, onun üçün danışıqların məqsədi Macarıstanın enerji təchizatının təmin edilməsini davam etdirməkdir. Orban xatırladıb ki, Macarıstan sənaye və ev təsərrüfatları üçün yanacaq və xammal üçün Avropada ən aşağı qiymətləri saxlayır: "Bu ona görədir ki, bizim qiymətləri beynəlxalq səviyyədən aşağı olan ucuz Rusiya nefti və qazına çıxışımız var".
***
09:30
Macarıstanın Baş naziri Viktor Orban noyabrın 28-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilib ki, Orban Rusiya prezidenti ilə Ukraynadakı vəziyyəti, həmçinin neft və qaz tədarükünün davam etdirilməsini müzakirə etməyi planlaşdırır.
Zeynəb Rzayeva
Bakı 




