• Bakı C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Avtomobillərdə sensorlu ekranlarla bağlı - XƏBƏRDARLIQ

DÜNYA

28 Dekabr 2025 | 18:09

Avtomobillərdə sensorlu ekranlarla bağlı - XƏBƏRDARLIQ

Vaşinqton Universiteti və Toyota Tədqiqat İnstitutu tərəfindən aparılan araşdırma avtomobillərdəki sensorlu ekranların sürücülərin diqqətini ciddi şəkildə yayındırdığını göstərib.

Bakıvaxtı.az xəbər verir ki, 12 düymlük sensor ekranla təchiz edilmiş simulyatorda aparılan testlərdə sürücülərin zolaqdan çıxma halları 42 faiz artıb.

Sensor ekranlardan istifadə zamanı sürət və dəqiqlik göstəriciləri 58 faiz azalıb, zehni yük artdıqda isə bu azalma daha da dərinləşib.

Araşdırma göstərib ki, sürücülər yüksək zehni yük altında ekrana daha az baxır, lakin baxmadan toxunmağa daha çox cəhd edirlər ki, bu da təsadüfi toxunuşların və diqqət yayınmasının artmasına səbəb olur.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, problemin həlli düymələrin böyüdülməsi deyil, çünki əsas vaxt itkisi vizual axtarışdan qaynaqlanır. Mütəxəssislər gələcək avtomobillərdə sürücünün diqqət səviyyəsinə uyğunlaşan daha ağıllı interfeyslərə ehtiyac olduğunu bildirirlər./Qafqazinfo


SON XƏBƏRLƏR

27 Dekabr 2025