• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Aİ Rusiya-Ukrayna savaşının dayanmasını çox da istəmir - AÇIQLAMA

DÜNYA

27 Yanvar 2026 | 15:17

Aİ Rusiya-Ukrayna savaşının dayanmasını çox da istəmir - AÇIQLAMA

“Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında ilk üçtərəfli görüşün detalları barədə geniş məlumatın olmaması danışqların nəticəsiz qaldığının göstəricisidir”.

Bunu analitik Samir Hümbətov ötən həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında ilk üçtərəfli danışıqları Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər görüşdə müəyyən qədər pozitiv məqamlar, hər hansı məsələdə müəyyən irəliləyiş olsaydı, tərəflərdən açıqlamalar gələrdi:

“Böyük ehtimal ki, ilk üçtərəfli görüşdə heç bir razılıq olmayıb. Əgər Əbu-Dabidə keçirilən görüşdə tərəflər arasında hansısa razılaşma olubsa belə o halda da suallar ortaya çıxır. Məlum olduğu kimi, Rusiya tərəfi Ukraynada Volodimir Zelenski hökumətinin legitimliyini tanımır. Moskva hər fürsətdə Zelenskinin hakimiyyətdən getməsi tələbini irəli sürür. Kreml danışıqları Zelenskidən sonra hakimiyyətə gələcək şəxslə davam etdirəcəyini vurğulayır. Yaxşı, Zelenski hakimiyyətdən getməzsə, yerinə başqası gəlməzsə, o zaman Rusiya-Ukrayna arasında danışıqların aqibəti necə olacaq? Nə Rusiya, nə də Ukrayna öz maraqlarından, tələblərindən geri durmurlar. Rusiya işğal etdiyi əraziləri qaytarmaq fikrində deyil. Ukrayna tərəfi də bəyan edir ki, ərazi güzəştlərinə getməyəcək. Bu məsələdə “qızıl orta”nın tapılması çətin məsələdir”.

Samir Hümbətov: Bu məsələdə “qızıl orta”nın tapılması çətin məsələdir

Müsahibimiz qeyd edib ki, indiki məqamda müsbət nəticədən danışmaq və sülh müqaviləsinin imzalanması qeyri-mümkündür:

“Ukraynaya kapitulyasiya sənədi ancaq zorla imzalatdırıla bilər. Deyirlər ki, əgər Kiyev qarşısına qoyulan sülh sənədinə imza atarsa, Ukraynanın bərpasına 800 milyard dollar vəsait sərf olunacaq. Ancaq bu məbləğin Ukraynaya veriləcəyi inandırıcı deyil”.

S.Hümbətov bildirib ki, güzəştlərə getmək və kapitulyasiyaya bənzər sənədə imza atmaq Ukraynanın itkisi, uduzması deməkdir. Dediyinə görə, burada Avropa İttifaqının mövqeyi də önəmlidir, ancaq hələlik Aİ-nin açıq mövqeyi yoxdur. “Görünən odur ki, Avropa İttifaqı Rusiya-Ukrayna savaşının dayanmasını çox da istəmir”, - deyə Samir Hümbətov əlavə edib.

Qeyd edək ki, 23-24 yanvar tarixlərində Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında ilk üçtərəfli danışıqlar olub. Danışıqların yeni raundunun gələn həftə baş tutacağı bildirilir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyib ki, Əbu-Dabidə növbəti danışıqlar yaxşı keçərsə, tərəflər Kiyev və ya Moskvada görüşə bilər.

Aydın Baxış


SON XƏBƏRLƏR