• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Xameneinin nüvə silahı ilə bağlı fətvası pozulmayacaq - Pezeşkian

DÜNYA

26 Fevral 2026 | 13:31

Xameneinin nüvə silahı ilə bağlı fətvası pozulmayacaq - Pezeşkian

"İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin nüvə silahı ilə bağlı fətvası pozulmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O vurğulayıb ki, İran hazırda nüvə silahı əldə etmək niyyətində deyil. Prezidentin sözlərnə görə, bu mövqe ayətullah Xameneinin verdiyi dini fətavaya əsaslanır:

"Ali rəhbər "nüvə silahı əldə etməyəcəyik" dedikdə, bizim silah əldə etmək niyyətində olmadığımızı bildirir. O, siyasətçilər kimi yalan danışa bilməz".

İran Prezidenti qeyd edib ki, ali rəhbərin mövqeyi siyasi deyil, dinə və fiqhə (şəriət qanunları) əsaslanır.

Xatırıadaq ki, ayətullah Xamenei nüvə silahının hazırlanması, istifadəsi və yayılmaması barədə 2003-cü ilin oktyabrında şifahi fətva verib. 2005-ci ildə isə bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə rəsmi şəkildə təqdim edilib.

Bu gün Omanın vasitəçiliyi ilə Cenevrədə ABŞ və İran nümayəndə heyəti arasında İslam Respublikasının nüvə proqramı üzrə danışıqların üçüncü raundu keçirilir./report.az


SON XƏBƏRLƏR

25 Fevral 2026