• Bakı 10° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Hər kəs 1 saat işıqsız qalacaq

DÜNYA

28 Mart 2026 | 10:59

Hər kəs 1 saat işıqsız qalacaq

Bu gün bütün dünyada “Yer saatı” (WWF) ümumdünya vəhşi təbiət fondu aksiya keçirir.

Bakıvaxtı.az xəbər verir ki, qlobal aksiya axşam saat 20:30-da başlayacaq və 21:30-a kimi davam edəcək. Aksiyada milyonlarla insan eyni anda işıqları söndürərək iqlim böhranına diqqət çəkəcək. Aksiya hər il martın son şənbə günü keçirilir. 

2007-ci ildən bəri keçirilən bu qlobal hərəkat artıq sadəcə simvolik bir jest deyil - bu, planetin gələcəyi üçün verilən səssiz, amma güclü bir mesajdır. Bu il artıq 20-ci dəfə baş tutacaq aksiyada şəhərlər qaranlığa bürünəcək, məşhur binaların işıqları sönəcək, insanlar isə bir saatlıq enerji istehlakını dayandıraraq Yerə dəstək göstərəcək.

Qeyd edək ki, ilk dəfə "Yer saatı" 2007-ci ildə Avstraliyada keçirilib. Hazırda bu aksiyada 188 ölkədə 200 milyarddan çox insan iştirak edir. Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 26 mart 2011-ci ildə qoşulub və ilk aksiya çərçivəsində “Qız Qalası”nın işıqları söndürülüb.


SON XƏBƏRLƏR

27 Mart 2026