q
  • Bakı 17° C

    14.46 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Starmerin ofisinin əməkdaşları dindiriləcək

DÜNYA

27 Aprel 2026 | 08:55

Starmerin ofisinin əməkdaşları dindiriləcək

London polisi Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisinin əməkdaşlarını dindirməyə hazırlaşır.

Bakıvaxtı.az "The Telegraph"ə istinadən xəbər verir ki, istintaq Starmerin keçmiş aparat rəhbəri Morqan Maksvininin telefonunun oğurlanması ilə bağlı aparılır.

Məlumata görə, 2025-ci ilin oktyabrında naməlum şəxs Maksvinin smartfonunu elektrik velosipedində yaxınlaşaraq ələ keçirib. Bildirilir ki, cihazda Böyük Britaniyanın ABŞ-dəkı sabiq səfiri Piter Mandelson ilə bağlı qalmaqala dair məlumatlar ola bilərdi.

Qeyd olunur ki, hadisədən sonra Maksvini telefonun yerini müəyyənləşdirmək üçün Dauninq-strit əməkdaşlarına müraciət edib. Daha sonra təhlükəsizlik xidməti cihazdakı məlumatları uzaqdan silib.

Nəşrin məlumatına görə, Maksvini polisə zəng edərkən hadisənin baş verdiyi ünvanı yanlış göstərib. Bunun səbəbi açıqlanmır.

Bildirilib ki, yenidən başlanmış araşdırma çərçivəsində hüquq-mühafizə orqanları hökumətin cihazın yerini izləmək imkanlarının olub-olmadığını araşdırır. Eyni zamanda, məlumatların tamamilə itirildiyi ehtimalı da nəzərdən keçirilir.

Qəzet yazır ki, müxalifət bu işdə bəzi məlumatların gizlədilməsindən ehtiyat edir və qalmaqalın Starmerin siyasi mövqeyinə mənfi təsir göstərə biləcəyi qeyd olunur.


SON XƏBƏRLƏR

26 Aprel 2026