• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Tramp Ukrayna müharibəsindən danışdı: “...həll olunacaq”

DÜNYA

27 Aprel 2026 | 08:02 | Müəllif: Ayyət Əhməd

Tramp Ukrayna müharibəsindən danışdı: “...həll olunacaq”

ABŞ Prezidenti Donald Trump ukraynalı və rusiyalı həmkarları Volodimir Zelenski, Vladimir Putinlə konstruktiv danışıqlar apardığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Fox News” kanalına müsahibəsində bildirib.

Tramp bildirib ki, ABŞ hazırda Rusiya və Ukrayna ilə bağlı vəziyyətlə yaxından məşğuldur və münaqişənin həll olunacağına ümid edir:

“Putinlə və Zelenski ilə də danışıqlar aparıram və bunlar müsbət tonda baş tutan müzakirələrdir”.

Ağ Ev sahibi onu da əlavə edib ki, Rusiya və Ukrayna prezidentləri arasındakı qarşılıqlı nifrət vəziyyəti daha da çətinləşdirir:

“Putinlə Zelenski arasındakı nifrət absurddur. Bu, məntiqsizdir. Xüsusilə də bir problemi həll etməyə çalışanda, nifrət buna mane olur. Amma sonda bu məsələ həll olunacaq”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026