• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

İranda rialın məzənnəsi rekord həddə düşdü

DÜNYA

27 Yanvar 2026 | 17:29

İranda rialın məzənnəsi rekord həddə düşdü

İranda geniş yayılmış etirazlar fonunda İran rialının məzənnəsi rekord səviyyədə aşağı düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İranın valyutası illər ərzində sanksiyalar təzyiqi və iqtisadi problemlər səbəbindən əhəmiyyətli dərəcədə dəyərdən düşüb və bu da 2025-ci ilin dekabr ayının sonlarında ölkə daxilində kütləvi etirazlara səbəb olub.

İran rialı rəsmi olaraq dünyanın ən ucuz valyutasıdır. 27 yanvar tarixinə olan məlumata görə, onun sərbəst bazar məzənnəsi ABŞ dollarına nisbətdə təxminən 1.468.000 rial, rəsmi subsidiyalı dövlət məzənnəsi isə bir dollara nisbətdə təxminən 42.000 rial təşkil edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR