• Bakı 20° C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı - YENİLƏNİB

DÜNYA

26 Fevral 2026 | 16:55

ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı - YENİLƏNİB

Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında nüvə danışıqları başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar üç saat davam edib.

***

12:09

Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu Cenevrədə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, İran nümayəndə heyəti Cenevrədəki Omanın diplomatik missiyasına gəlib.

İran nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Abbas Əraqçi, siyasi işlər üzrə nazir müavini Məcid Təxt-Rəvançi, hüquqi və beynəlxalq işlər üzrə nazir müavini Kazem Qəribabadi və İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi daxildir. 

Danışıqlarda MAQATE-nin baş direktoru Rafael Qrossi iştirak edir.


SON XƏBƏRLƏR