Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdıran İnqilabçı Xalq Qurtuluş Partiyasının (terrorçu təşkilat kimi tanınır - red.) dörd üzvü saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən şəxslər Türkiyə xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı müəyyənləşib.
Kəşfiyyat tədbirləri ilə şübhəlilərin İstanbulda təşkilatın qeyri-qanuni strukturlarında fəaliyyət göstərdiyi ortaya çıxıb. Onların şəhərin müxtəlif kritik nöqtələrində silahlı və bombalı hücum həyata keçirməyə hazırlaşdıqları bildirilib.
Hazırda faktla bağlı araşdırma aparılır./Report
Bakı 




