• Bakı C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

"Nike" yüzlərlə əməkdaşını işdən çıxarır

DÜNYA

27 Yanvar 2026 | 16:42

Nike yüzlərlə əməkdaşını işdən çıxarır

ABŞ-nin "Nike" şirkəti xərcləri azaltmaq və idman geyimləri bazarında lider mövqeyini bərpa etmək üçün, əsasən ABŞ-dəki paylaşdırma mərkəzlərində çalışan 775 əməkdaşını işdən çıxarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat verib.

"Biznesdə çətinliklər yaşayan "Nike" şirkəti rəqiblərinin xeyrinə bazar payını itirdikdən sonra dünyanın aparıcı idman geyimləri brendi kimi mövqeyini bərpa etməyə çalışır. Şirkət son illərdə bir neçə mərhələdə ştat ixtisarına məruz qalıb", - deyə məlumatda bildirilib.

Şirkət genişmiqyaslı yenidənqurma proqramı çərçivəsində artıq bir neçə ildir işçilərini ixtisar edir. 2024-cü ilin fevral ayında şirkət 1600-dən çox əməkdaşını ixtisar etmək planlarını açıqlamışdı ki, bu da ştatın (işçi qüvvəsinin) 2%-ni təşkil edirdi.

"Nike" yeni ixtisarlar dalğasını təsdiqləyib ki, bu da ilk növbədə ABŞ-dəki distribütor müəssisələrinə, xüsusən də Tennessi və Missisipidəki anbar əməkdaşlarına təsir edəcək. Şirkət rəhbərliyi əməliyyatların mürəkkəbliyini azaltmaq və çevikliyini artırmaq məqsədilə xərcləri azaltmağa və proseslərin avtomatlaşdırılmasını sürətləndirməyə çalışır./Oxu.az


SON XƏBƏRLƏR