Aİ və Hindistan azad ticarət, təhlükəsizlik və müdafiə tərəfdaşlığı üzrə danışıqların başa çatdığını təsdiqləyən siyasi bəyannamə imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, Yeni Dehlidə keçirilən mərasimdə tərəflər dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı əməkdaşlığın genişləndiriləcəyini bəyan ediblər.
Məlumata görə, Ursula fon der Leyen bu razılaşmanı bütün müqavilələrin anası adlandıraraq 2 milyard nəfərlik bazarın formalaşdığını bildirib.
Narendra Modi isə sənədin Hindistan-Aİ münasibətlərində yeni dövr açdığını və ticarət, müdafiə və qlobal sabitlik sahələrində tərəfdaşlığı gücləndirəcəyini vurğulayıb.
Əli Hüseynov
Bakı 



