• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Gürcüstanda keçmiş nazir müavini saxlanıldı

DÜNYA

27 Yanvar 2026 | 14:32

Gürcüstanda keçmiş nazir müavini saxlanıldı

Gürcüstanın səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətində keçirilən brifinqdə bildirilib.

İstintaqla müəyyən edilib ki, Quduşauri 2022-ci ildə təcili tibbi yardım maşınlarının alınması üzrə tenderi qanunsuz olaraq ləğv edib. 2023-cü ildə onun göstərişi ilə yeni tender elan edilib, şərtlər konkret şirkət üçün uyğunlaşdırılıb və bu səbəbdən digər şirkətlər tenderə qatıla bilməyib.

Tenderin əsasında Səhiyyə Nazirliyi əvvəlcədən seçilmiş şirkətə əsassız olaraq 2,1 milyon lari ödəyib və bununla da dövlətin qanuni maraqlarını pozub./APA


SON XƏBƏRLƏR