"Ukrayna onun uğrunda mübarizədə xarici himayə altında öz suverenliyini tamamilə itirib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Sizcə, Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın evində kim axtarış aparır? Ukrayna agentliyi? Təbii ki, yox. Biz buna xarici dövlətin dövlət institutlarına təsiri, agentlərin dövlət qurumlarına sızması və bu qurumlar vasitəsilə başqa ölkələrə nəzarəti deyirik. Bu gün Ukrayna müharibəni kimin başlaya biləcəyinə və ya kimin dayandıracağına qərar verə bilmir. Bu, son günlər şahidi olduğumuz faciədir: onlar suverenlik uğrunda mübarizə adı altında tamamilə suverenlikdən imtina ediblər", - Papuaşvili jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ukraynada xarici qüvvələr Milli Antikorrupsiya Bürosunun (NABU) köməyi ilə ölkə rəhbərliyində təmsil olunan istənilən şəxsləri tutub azad edirlər.
Zeynəb Rzayeva
Bakı 



