Birləşmiş Ştatlar Rumıniyadan təxminən 800 əsgərini çıxarmağı planlaşdırır.
Bakıvaxtı.az "G4Media.ro"ya istinadən xəbər verir ki, bu barədə NATO-dan məlumat verilib.
Bildirilib ki, bu, Ağ Evin qərarıdır. Qərar dərhal qüvvəyə minəcək. Lakin Konqres nəzəri olaraq hələ də ona düzəliş edə bilər.
Qeyd olunub ki, Amerika qoşunları Rumıniyada Mixail Kogelniceanu, Deveselu və Câmpia-Turzi bazalarında yerləşdirilib.
Ümumilikdə Rumıniyada təxminən 2000 Amerika əsgəri var.
Gülşən Şərif
Bakı 


