• Bakı 12° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Polşa Kiyevdən korrupsiya ilə bağlı izahat tələb edib

DÜNYA

28 Noyabr 2025 | 15:15

Polşa Kiyevdən korrupsiya ilə bağlı izahat tələb edib

"Bu, Qərb üçün "pis xəbər" olduğuna görə, Polşa Ukraynadan ölkədə baş vermiş korrupsiya qalmaqalı ilə bağlı izahat almaq istəyir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniak-Kamış deyib.

Cümə günü Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) nümayəndələri Ukrayna prezidenti Volodimir Zelenskinin Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın evində axtarış aparıblar. "Financial Times"ın Kiyevdəki müxbiri Kristofer Miller bildirib ki, bu axtarışlar iş adamı və Zelenskinin dostu Timur Mindıçla Ukraynanın enerji sektorunda korrupsiya sxemlərini üzə çıxarmaq üçün aparılan "Midas" əməliyyatının bir hissəsidir.

"Bu, Polşa və Qərbi Avropa üçün pis xəbərdir. Biz izahat gözləyirik. Bizim Ukraynaya dəstək strategiyamız dəyişməz olaraq qalır, çünki təhlükəsizlik məhdudiyyətlərimiz buradadır, lakin korrupsiya ilə mübarizə siyasətində şəffaflıq olmadan, məsələn, Avropa İttifaqına qoşulmaq mümkün deyil", - Kosiniak-Kamış bildirib.

Portalın məlumatına görə, Polşanın milli müdafiə naziri həmçinin qeyd edib ki, hakimiyyətin ən yüksək eşelonlarında mümkün korrupsiya məsələsi davam edən sülh danışıqlarına töhfə vermir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR