• Bakı 12° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Fidan: Türkiyə Ukraynada məqbul həll üçün səylərini davam etdirəcək

DÜNYA

28 Noyabr 2025 | 15:01

Fidan: Türkiyə Ukraynada məqbul həll üçün səylərini davam etdirəcək

Ankara Ukraynada münaqişənin hər iki tərəfi üçün məqbul olan sülh yolu ilə nizamlanmasına nail olmaq üçün səylərini davam etdirəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində alman həmkarı Yohann Vadefulla danışıqlardan sonra bildirib. 

"Biz Ukraynada nizamlanma ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. Həm humanitar, həm də strateji baxımdan hər iki tərəf üçün məqbul olan sülhə nail olmaq vacibdir. Bu istiqamətdə konstruktiv işimizi davam etdirəcəyik", - deyə Fidan bildirib.

Onun sözlərinə görə, alman həmkarına Türkiyənin son vaxtlar Ukrayna münaqişəsinin həlli üçün göstərdiyi səylər barədə məlumat verib. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR