• Bakı 14° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Sumqayıtda gənc oğlan idman zalında vəfat etdi

CƏMİYYƏT

30 Oktyabr 2025 | 00:10

Sumqayıtda gənc oğlan idman zalında vəfat etdi

Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.

Bakıvaxtı.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Adil Emin oğlu Eyvazov 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.

Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR