• Bakı 12° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Anar Əsədliyə ittiham ELAN OLUNDU

CƏMİYYƏT

28 Noyabr 2025 | 19:37

Anar Əsədliyə ittiham ELAN OLUNDU

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib. İttihama görə, Anar Əsədli yüksək gəlir əldə etmək adı ilə tanışı Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. Söhbət, ümumilikdə 255 min manatın alınmasından gedir. Həmin puldan 23 manatı geri qaytarıb.

Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manatını geri qaytarıb. Tamara Allahverdiyevadan isə ümumilikdə 78500 manat alıb. Dəyən ziyandan 17 min manat geri ödəniş edib.

Anar Əsədli özünü ittihamla təqsirli bilməyib.

Növbəti proses dekabrın 19-na təyin edilib.


SON XƏBƏRLƏR