• Bakı 12° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

ANAMA itlərin daşınması üçün 1,6 milyonluq maşın alır

CƏMİYYƏT

28 Noyabr 2025 | 19:16

ANAMA itlərin daşınması üçün 1,6 milyonluq maşın alır

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi (ANAMA) pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələri alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar agentlik “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti ilə iki müqavilə imzalayıb.

Müqavilə şərtlərinə əsasən, agentlik 25 ədəd pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitəsinin alınması üçün “RAMMA” QSC-yə 2 milyon 20 min 750 manat ödəyəcək.

Bundan əlavə, 15 ədəd pikap-sərnişin tipli xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına 1 milyon 203 min 600 manat xərclənəcək. Qeyd edək ki, bu tender üzrə ehtimal olunan dəyər 1 milyon 301 min 500 manat idi.

Eyni zamanda agentlik minaaxtaran itlərin daşınması üçün nəzərdə tutulmuş 20 ədəd xüsusi təyinatlı pikap tipli nəqliyyat vasitəsinin alınmasına görə şirkətə 1 milyon 675 min 600 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Tahir Məmmədovdur./Teleqraf


SON XƏBƏRLƏR