• Bakı 14° C

    15.79 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Ərdoğanın Gülüstan sarayında təbrik məktubu oxundu

GÜNDƏM

29 Oktyabr 2025 | 21:47

Ərdoğanın Gülüstan sarayında təbrik məktubu oxundu

Bu gün Türkiyə Respublikasının qurulmasının 102 illiyi münasibətilə Bakıda Gülüstan sarayında qəbul təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

"Qələbə tariximizin ən yüksək nöqtələrindən biri olan bu mühüm gündə sərhədlərimiz daxilində yaşayan 86 milyon vətəndaşımızın hər birini, Kipr türk xalqını və xaricdəki qardaşlarımızı 29 oktyabr Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Eyni zamanda, sivilizasiyamızın bağını birlikdə becərdiyimiz, ortaq keçmişə və mədəni irsə sahib olduğumuz və sevincimizi bölüşdüyümüz bütün dostlarımıza öz adımdan və millətim adından minnətdarlığımı bildirirəm.

Türkiyə Əsri üçün hədəflərimizə uyğun olaraq, müdafiə sənayesindən və iqtisadiyyatdan təhsilə, kənd təsərrüfatına, turizmə, enerjiyə və xarici siyasətə qədər hər sahədə cığır açan irəliləyişlər edirik.

Eyni zamanda, 86 milyon insanımızın sülh, təhlükəsizlik, əmin-amanlıq və rifah içində yaşayacağı terrordan azad bir Türkiyəyə doğru qətiyyətli addımlar atırıq", - Ərdoğanın məktubunda qeyd olunub.


SON XƏBƏRLƏR

29 Oktyabr 2025