Türkiyəyə məxsus “C-130” tipli hərbi yük təyyarəsinin Gürcüstanın qəzaya uğradığı Siqnaxi bələdiyyəsinin ərazisində aparılan axtarış tədbirləri başa çatıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladzenin verdiyi bəyanatda deyilir.
Gürcüstan daxili işlər naziri “C-130” təyyarəsinin göyərtəsində olmuş sonuncu, 20-ci şəxsin nəşinin tapıldığını təsdiqləyib.
“Dünən biz 19 meyiti prozekturaya təhvil vermişdik. Təxminən yarım saat əvvəl isə iyirminci meyiti aşkar etdik, hazırda ərazidə kriminalist-ekspertlər və istintaq qrupu işlərini davam etdirir. İstintaq üçün əhəmiyyətli olan bütün texniki vasitələr və təyyarənin parçaları tapılıb, ekspertiza aparılır. İstintaq-xilasetmə işlərində min nəfərdən çox insan – həm gürcülər, həm də türklər iştirak edir. Daxili İşlər Nazirliyinin bölmələrinə, Müdafiə Qüvvələrinin nümayəndələrinə və Türkiyə tərəfinə gördükləri işə görə təşəkkürümü bildirirəm”, – deyə Gürcüstan Daxili İşlər naziri Gela Geladze bildirib.
Bakı 



