• Bakı 11° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Azərbaycan Türkiyənin ev sahibliyi etdiyi hərbi dəniz təlimində təmsil olunur

GÜNDƏM

03 Dekabr 2025 | 00:32

Azərbaycan Türkiyənin ev sahibliyi etdiyi hərbi dəniz təlimində təmsil olunur

Türkiyənin ev sahibliyi etdiyi "Şərqi Aralıq dənizi-2025" Dəvət Təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də paylaşım edib.

Tədbirdə Azərbaycandan dəniz desant heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan dəniz patrul təyyarəsi iştirak edib.

Daha 19 ölkənin hərbi qulluqçuları isə müşahidəçi qismində prosesi izləyib.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının təşkilatçılığı ilə keçirilən "Şərqi Aralıq dənizi-2025" (DA-25) Dəvət Təlimi noyabrın 22-də start götürüb. Dekabrın 3-nə qədər davam edəcək təlimin əsas məqsədi iştirakçı qərargahlar və təhkim edilmiş qüvvələr arasında qarşılıqlı fəaliyyətin təmin olunması, bölmələrin hazırlıq səviyyəsinin qiymətləndirilməsi və möhkəmləndirilməsidir.

 

 

 

 

 


SON XƏBƏRLƏR

02 Dekabr 2025