Ağdamın Xıdırlı kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Ağdamın Xıdırlı kəndinə 91 ailə 366 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xıdırlya köçən ailələrə mənzillərin açarları təqdim edilib. Açar təqdim etmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qacqinkomun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bakı 


