• Bakı 15° C

    16.14 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Cəbrayıl şəhərində 2-ci və 3-cü yaşayış kompleksləri belə olacaq - Fotolar

CƏMİYYƏT

29 Oktyabr 2025 | 16:05

Cəbrayıl şəhərində 2-ci və 3-cü yaşayış kompleksləri belə olacaq - Fotolar

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl şəhərində inşa ediləcək 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədlərini paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan komplekslərin Komitə nəzdində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirildiyi bildirilib.

Layihəyə əsasən, ümumən 10 hektardan artıq ərazidə salınacaq hər iki kompleksdə 50-yə yaxın 5, 6 və 7 mərtəbəli bina inşa ediləcək. Zəruri sosial infrastrukturla təchiz ediləcək binalar 1-5 otaqdan ibarət 1361 mənzili əhatə edəcək.
 


SON XƏBƏRLƏR