• Bakı 12° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Nazir ona yüksək vəzifə verdi - FOTO

CƏMİYYƏT

28 Noyabr 2025 | 14:39

Nazir ona yüksək vəzifə verdi - FOTO

Şaiq Eldar oğlu Kazımov Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini təyin olunub.

Bakıvaxtı.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, 1981-ci ildə Lənkəran rayonunda anadan olan Şaiq Kazımov 2022-ci ildən etibarən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsinin müdiri, daha sonra isə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.

Xatırladaq ki, 2023-cü ildə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlidir.


SON XƏBƏRLƏR