• Bakı 18° C

    17.98 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Növbəti köç karvanı Həsənriz kəndinə çatdı - YENİLƏNİB

CƏMİYYƏT

29 Oktyabr 2025 | 14:14

Növbəti köç karvanı Həsənriz kəndinə çatdı - YENİLƏNİB

Oktyabrın 29-da Ağdərə rayonunun Həsənriz kəndinənövbəti qayıdış olub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a bildirilib ki, bu mərhələdə Həsənriz kəndinə 83 nəfərdən ibarət 17 ailə dönüb.

    Sakinlərə kənddə yaradılmış şərait barədə məlumat verilib və bildirilib ki, Həsənriz kəndində bütün zəruri infrastruktur su, qaz, elektrik enerjisi və internet təminatı tam şəkildə bərpa edilib. Kənddə sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

    Beləliklə, bu köç mərhələsi ilə birlikdə Ağdərənin Həsənriz kəndində ümumilikdə 205 ailə, yəni 764 nəfər daimi məskunlaşıb.

    ***

    13:48

    Xəbər verdiyimiz kimi, bu gün Ağdərər rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola düşüb.

    Bakıvaxtı.az xəbər verir, ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 17 ailə (83 nəfər) doğma yurduna dönüb.

    Artıq növbəti köç karvanı Həsənriz kəndinə çatıb. Bununla da kəndə köçürülən ailələrin sayı 205-ə (764 nəfər) çatacaq.


    SON XƏBƏRLƏR