• Bakı 13° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Gənclər kredit bataqlığnda: Artan maliyyə yükü narahatlıq yaradır

CƏMİYYƏT

28 Noyabr 2025 | 13:32

Gənclər kredit bataqlığnda: Artan maliyyə yükü narahatlıq yaradır

Gənclər arasında kredit asılılığının artması son illərin diqqətçəkən sosial tendensiyalarından biridir.

Bakıvaxtı.az xəbər verir ki, təhsil, texnoloji cihazlar və gündəlik istehlak xərcləri kimi əsas ehtiyaclara çıxışın məhdudluğu gəncləri bank və kredit təşkilatlarına daha çox müraciət etməyə məcbur edir.

Bu isə təkcə şəxsi maliyyə çətinlikləri deyil, həm də ailə büdcəsinə əlavə yük, sosial davranışlarda dəyişiklik və uzunmüddətli risklər yaradır.

Problemin kökünə enmək üçün kreditləşmə artımının arxasında dayanan iqtisadi, sosial və davranış faktorlarını birgə analiz etmək zəruridir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, gənclər kreditlərdən əsasən ona görə istifadə edirlər ki, başqa şəkildə həmin xidmətlərə, məhsullara və ya təhsilə çıxış imkanları məhduddur.

"Kredit yükü artdıqca isə gənclərin qarşısında yeni sosial və maliyyə problemləri yaranır. Əgər onlar sabit iş tapa bilmirlərsə, bu zaman kredit öhdəlikləri valideynlərin və yaxınların üzərinə keçir, ailənin ümumi maliyyə yükü artır",- həmsöhbətimiz bildirib.

Natiq Cəfərli: Gənclər ehtiyaclarını qarşılamaq üçün kifayət qədər gəlir əldə edə bilmir

O qeyd edib ki, bu məsələyə kompleks yanaşmaq lazımdır:

"Nəticə odur ki, kreditləşmə artır, amma əsas səbəb gənclərin ehtiyaclarını qarşılamaq üçün kifayət qədər gəlir əldə edə bilməmələridir. Məhz buna görə onlar ehtiyaclarını ödəmək üçün kreditlərə müraciət etməyə məcbur qalırlar".

Əli Hüseynov


SON XƏBƏRLƏR

27 Noyabr 2025