• Bakı 14° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Qarabağ üzrə kredit qoyuluşlarının həcmi artdı

İQTİSADİYYAT

02 Aprel 2026 | 15:05

Qarabağ üzrə kredit qoyuluşlarının həcmi artdı

Bu ilin martın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 525,951 milyon manat təşkil edib.

Bakıvaxtı.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 0,092 milyon manat və ya 0,02% az, ötən ilin eyni dövrünə nisbətən isə 48,8 milyon manat və ya 10,2% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,88%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 525,517 milyon manatı milli valyutada, 433 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin martın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 58 min manat və ya 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,5 milyon manat və ya 2,4 dəfə artaraq 24,472 milyon manata bərabər olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,63% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 15,612 milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 550,423 milyon manata çatıb.

Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 30,119 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 138,8 milyon manat və ya 0,5%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,5 milyard manat və ya 9,2% çoxdur.


SON XƏBƏRLƏR