• Bakı 12° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Zakir Həsənov MDB-nin iclasında iştirak edib

SİYASƏT

02 Aprel 2026 | 17:02

Zakir Həsənov MDB-nin iclasında iştirak edib

Azərbaycanın Müdafiə naziri polkovnik-general Zakir Həsənov Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti – 86-cı iclasında iştirak edib.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iclasda beynəlxalq gündəmin aktual məsələləri və müasir şəraitdə hərbi sahədə əməkdaşlığın inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Hərbi-siyasi vəziyyətin və Avrasiya təhlükəsizliyinin təhlilinə, eləcə də MDB formatında hərbi əməkdaşlıq əsasında regional sabitliyin qurulmasının praktiki məsələlərinə xüsusi önəm verilib.

Bundan başqa xüsusilə beynəlxalq vəziyyətin kəskinləşməsi fonunda çoxtərəfli hərbi əməkdaşlığın aktual məsələləri və onun gələcək inkişafı ətraflı müzakirə olunub.


SON XƏBƏRLƏR