• Bakı 13° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Yanğında xəsarət alan Ləmanın SON DURUMU

CƏMİYYƏT

28 Noyabr 2025 | 12:43

Yanğında xəsarət alan Ləmanın SON DURUMU

"Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyəti ağır-stabildir".

Bunu Bakıvaxtı.az-a Ləmanın yaxını, jurnalist Fuad Cəfərov deyib.

Onun sözlərinə görə, Ləman hazırda süni nəfəs aparatına qoşulu şəkildə yaşayır.

F.Cəfərov qeyd edib ki, müalicə bütün protokollara uyğun aparılır:

"Yeni Klinika" bütün lazım olan prosedurları həyata keçirir. Hər şey Barat Yusifovun nəzarətindədir. Müalicə həkimi Emil Qasımov xəstəmizin sağalması üçün nə lazımdırsa, edir".

Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

27 Noyabr 2025