• Bakı C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Xankəndiyə ilk qar yağıb - FOTOLENT

CƏMİYYƏT

28 Dekabr 2025 | 10:52

Xankəndiyə ilk qar yağıb - FOTOLENT

Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb. 

Bakıvaxtı.az xəbər verir ki, axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb. 

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür. (Apa)


    SON XƏBƏRLƏR

    27 Dekabr 2025