2025 ildə İSB-yə daxil olan zənglərin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı"nda çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, il ərzində ümumi zənglərin sayı 333,338-dir.
Daxil olan zənglərin sayı 229,399, çıxan zənglərin sayı isə 103,939-dur.
Dərhal cavablandırılan zənglər isə 97 faizi təşkil edir.
Qeyd edək ki, 52318 zəng üzrə qiymətləndirilmə aparılmış, həmin şəxslərin 87 faizi Çağrı mərkəzinin fəaliyyətini 4 və 5 balla dəyərləndirmişdir.
Zeynəb Rzayeva
Bakı 




