• Bakı C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

“Ana harayı” abidəsinə ziyarət axını: Xalq Xocalı qurbanlarını anır - FOTO

CƏMİYYƏT

26 Fevral 2026 | 10:29

“Ana harayı” abidəsinə ziyarət axını: Xalq Xocalı qurbanlarını anır - FOTO

Vətəndaşlar “Ana harayı” abidəsini ziyarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, müxtəlif yaş qruplarından olan insanlar abidənin önünə gül dəstələri qoyaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anıblar.

Ziyarətçilər faciənin xalqımızın yaddaşında əbədi iz buraxdığını bildirərək, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının və gənc nəsillərə doğru şəkildə aşılanmasının önəmini vurğulayıblar.

Qeyd edək ki, “Ana harayı” abidəsi hər il minlərlə insanın üz tutduğu anım məkanlarından biridir.

Ziyarətdən görüntüləri təqdim edirik.

Əli Hüseynov
Foto: Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

25 Fevral 2026