“Unutmarıq!” şüarı ilə paytaxtda fləşmob təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, aksiya iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə şəhərin mərkəzi küçələrindən birində toplaşıblar.
Əllərində “Unutmarıq!” yazılmış banner tutan iştirakçılar faciə qurbanlarını ehtiramla yad edərək, Xocalı həqiqətlərinin unudulmaması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Fləşmob zamanı ictimaiyyətin diqqəti bir daha 1992-ci ildə baş vermiş qanlı hadisələrə yönəldilib və beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsinin önəmi qeyd olunub.
Aksiyadan görüntüləri təqdim edirik.
Əli Hüseynov
Foto: Zeynəb Rzayeva
Bakı 




