• Bakı C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

SİYASƏT

26 Fevral 2026 | 10:07

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımı 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bəyanatda qeyd olunub:

"1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki şəxslərə qarşı törədilmiş qətliamı lənətləyirik.

​Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmaqdadır.

​Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daima qəlbimizdə daşıyırıq.

​Xocalı soyqırımında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha dərin hüznlə başsağlığı veririk".


SON XƏBƏRLƏR

25 Fevral 2026