“Xocalı şəhərində baş verən bu vəhşət vicdanlarda iz buraxan qara ləkə olaraq tarixdə yerini alıb”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
O bildirib ki, 1992-ci ilin fevralında Xocalıda baş verən faciənin ildönümündə həmin acı günlər bir daha anılır. Səfir qeyd edib ki, Türkiyə səfirliyi olaraq Azərbaycan xalqına başsağlığı verilir və şəhidlərin xatirəsi ehtiramla yad olunur.
“Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Geridə qalanlara səbir və dözüm arzulayırıq”, - deyə Birol Akgün vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 




