• Bakı C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Nazir plastik cərrahiyyə ilə məşğul olan həkimlərdən danışdı

CƏMİYYƏT

26 Fevral 2026 | 10:37

Nazir plastik cərrahiyyə ilə məşğul olan həkimlərdən danışdı

“Hazırda Azərbaycanda plastik və estetik əməliyyatlar aparmağa icazəsi olan 45 həkim var və onların siyahısı açıq şəkildə dərc olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Nazir qeyd edib ki, vəziyyət əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Onun sözlərinə görə, rezidentura təhsilini başa vuran və xaricdə ixtisaslaşaraq ölkəyə qayıdan mütəxəssislərin sayı artdıqca bu rəqəm də yüksələcək.

Nazir bildirib ki, ölkədə plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə iki mərkəz fəaliyyət göstərir. Onlardan biri akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yaradılıb və müasir avadanlıqlarla təchiz edilib. Digər mərkəz isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik bazasında əsaslı təmirdən sonra yaxın günlərdə istifadəyə veriləcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Fevral 2026