• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Orxan Məmmədliyə YÜKSƏK VƏZİFƏ VERİLDİ

CƏMİYYƏT

26 Fevral 2026 | 10:48

Orxan Məmmədliyə YÜKSƏK VƏZİFƏ VERİLDİ

Energetika Nazirliyində təyinat olub.

Bakıvaxtı.az Valyuta.az-a istinadla xəbər verir ki, Orxan Məmmədli İqtisadi sahələr və məişət üzrə enerji səmərəliliyi şöbəsinin müdiri təyin edilib.

O.Məmmədli bundan əvvəl 2023-cü ildən Azərbaycan Respublikasının Energetika Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində 2018-2019-cu illərdə qazpaylayıcı stansiyanın operatoru, 2019-2022-ci illərdə isə Qaz İxrac İdarəsində energetik kimi fəaliyyət göstərib.

Qeyd edək ki, o, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə "Geneva Business School"da neft və qazın idarə edilməsi ixtisası üzrə Biznesin İdarəedilməsi Magistri (MBA) dərəcəsi alıb. Həmin illərdə paralel olaraq Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi (ümumi) ixtisası üzrə magistr təhsili alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026