• Bakı C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Berlində Azərbaycan-Almaniya münasibətləri müzakirə olunub

SİYASƏT

26 Fevral 2026 | 08:48

Berlində Azərbaycan-Almaniya münasibətləri müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, X. Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq) və Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və təşəbbüsləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri də müzakirə ediblər.


SON XƏBƏRLƏR

25 Fevral 2026