• Bakı C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

“Qəzalı xəstəxanalar siyahıya alınıb” - Nazir

CƏMİYYƏT

26 Fevral 2026 | 10:39

“Qəzalı xəstəxanalar siyahıya alınıb” - Nazir

“Səhiyyə Nazirliyi qəzalı vəziyyətdə və əsaslı təmirə ehtiyacı olan bütün müəssisələri siyahıya alıb və kapital investisiya layihəsinə daxil edib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, maliyyə vəsaiti ayrıldıqca həmin tibb müəssisələrinin əsaslı təmiri həyata keçiriləcək və yenilənmiş şəkildə aidiyyəti qurumların istifadəsinə veriləcək. O bildirib ki, bölgələrdə, o cümlədən cənub zonasında səhiyyə infrastrukturunun gücləndirilməsi diqqət mərkəzindədir.

Musayev əlavə edib ki, regionlarda kadr çatışmazlığı ilə bağlı məsələ üzrə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər qurumların iştirakı ilə işçi qrupu yaradılıb. Dediyinə görə, bu sahədə ciddi kadr islahatları hazırlanır və yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

25 Fevral 2026