• Bakı C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

2 vəzifəli şəxs cərimələndi

CƏMİYYƏT

27 Yanvar 2026 | 10:14

2 vəzifəli şəxs cərimələndi

Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT “Finans Kredit” MMC-nin və “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxslərini cərimələyib.

Bu barədə Bakıvaxtı.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, Bank olmayan kredit təşkilatı “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat, “SF Azerbaijan” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə edilib.


SON XƏBƏRLƏR

26 Yanvar 2026