İcbari tibbi sığorta çərçivəsində tibbi statistik göstəricilər üzrə 2025-ci ildə artım qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı"nda çıxışı zamanı deyib.
Məlumatlara əsasən, 2024-cü ildə 5,2 milyon olan pasiyent sayı 2025-ci ildə 5,4 milyona yüksəlib. Bu, 3,85 faiz artım deməkdir. Müraciətlərin sayı isə 15,3 milyondan 15,8 milyona çataraq 3,27 faiz artıb.
Göstərilən tibbi xidmətlərin sayı 2024-cü ildə 41 milyon olduğu halda, 2025-ci ildə 44,6 milyona yüksəlib. Bu göstərici 8,8 faiz artım deməkdir. Qeyd olunub ki, tibbi xidmət sayı illik yox, 9 ay üzrə hesablanıb.
Statistikaya görə, ölkə əhalisinin 54 faizi icbari tibbi sığortadan yararlanıb. Ən çox müraciət edilən xidmətlər sırasında ixtisaslı həkim müayinəsi, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlər yer alır.
Zeynəb Rzayeva
Bakı 




