Tərtərdə baş verən qəzada yaralananların kimliyi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, “Mercedes”də olan sürücü və sərnişinin adları belədir:
Zalov Rafiq Piraslan oğlu 1971-ci il təvəllüd.
Zalova Zəminə fərman 1974 -cü il təvəllüd.
***
11:45
Tərtərdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Hindarx-Borsunlu avtomobil yolunun rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Mitsubishi" markalı avtomobillə toqquşub. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (Unikal)
Bakı 




