• Bakı C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Peşə hazırlığı kurslarına cəlb edilən xanımların sayı açıqlandı

CƏMİYYƏT

27 Yanvar 2026 | 11:30

Peşə hazırlığı kurslarına cəlb edilən xanımların sayı açıqlandı

"11 mindən çox xanım peşə hazırlığı kurslarına cəlb edilib".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov qurumun ötən ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunmuş tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peşə hazırlığı kursları iki formatda təşkil edilir: 

"Proses Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan 4 peşə fəaliyyət mərkəzi və özəl müəssisələrin cəlb olunması ilə aparılır".

Abbasov bildirib ki, əməkdaşlıq etdikləri müəssisələrin sayı 180-i ötüb.

"Kurslar 175 prioritet peşə üzrə təşkil edilir və cari, həmçinin gələcək əmək bazarının tələbləri daim nəzərə alınır",- İdarə Heyətinin sədri deyib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Yanvar 2026