• Bakı C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

İrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif bu ölkədə işə başladı

CƏMİYYƏT

27 Yanvar 2026 | 11:03

İrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif bu ölkədə işə başladı

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı ağır yaralanan Vasif Tağıyev yeni işə başlayıb. 

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, V.Tağıyev fəaliyyətini Azərbaycanın Ukraynadakı səfirliyində davam etdirir.

Xatırladaq ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan üç il keçir. 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 08:30-da İrandakı səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Cinayətkarı zərərsizləşdirən Tağıyev Vasif Natiq oğlu isə ağır yaralanıb. Vasif 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub.

İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.


SON XƏBƏRLƏR

26 Yanvar 2026