• Bakı 25° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Braziliyada yol qəzasında 11 nəfər ölüb

CƏMİYYƏT

28 Dekabr 2025 | 10:48 | Müəllif: Zeynəb Rzayeva

Braziliyada yol qəzasında 11 nəfər ölüb

Braziliyanın Baiya və Espiritu-Santo ştatları arasındakı sərhəddə iki avtomobilin toqquşması nəticəsində 11 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, qəza Baiyanın cənub hissəsindəki Mukuri bələdiyyəsi ərazisində baş verib.

Federal Yol Polisi (PRF) avtomobil və pikapın toqquşması nəticəsindı 10 nəfərin öldüyünü təsdiqləyərək bildirib ki, 11-ci şəxs ağır xəsarət alıb və Espirito-Santodakı xəstəxanaya aparılıb. Lakin bir neçə saat sonra "Ecovias Capixaba" operativ əməliyyatlar mərkəzi sonuncu yaralının xəstəxanada müalicə aldıqdan sonra öldüyünü əlavə edib.

Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yanıb; sərnişinlərin şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunacaq.

Müvafiq qurumlar hadisənin başvermə şəraitini araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026