• Bakı C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Ölkəyə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb - FOTO

CƏMİYYƏT

28 Dekabr 2025 | 10:31

Ölkəyə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb - FOTO

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən realizə edilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd “Platinium Seven” markalı siqaret aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


    SON XƏBƏRLƏR

    27 Dekabr 2025